Millimizdən heç-heçə
17.07.2023 , 21:58

Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk qarşılaşma da 1:1 hesabı ilə nəticələnmişdi.
