Bu gün Bakıda 16 yaşadək qızlardan ibarət komandaların iştirakı ilə UEFA-nın İnkişaf turnirinə start verilib.
Korner.az-ın məlumatına görə, ilk turda millimiz Gürcüstanla qarşılaşıb.
Bayıl stadionunda keçirilmiş matç millimizin 5:0 hesablı qələbəsi ilə bitib.
Yığmamızın qollarını Çağla Miray Kanpara, Dilgə Uyğun (2), Haticə Özdəmir və Vüsalə Seyfəddinova vurub.
