Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, “Rapid” (Vyana) klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolu Mirkamil Həşimli vurub.
Xatırladaq ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı həmyaşıdları ilə keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı.
