Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, "Seekirchen" klubu ilə qarşılaşan yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Elşən Abdullayevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ruslan Nəsirli və Bayram Budaqov fərqlənib.