Bakı şəhərində təlim-məşq tolanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, bu xəbəri AFFA-nın rəsmi saytı yayıb.
“Dalğa Arena”da “Neftçi” klubunun nəzdindəki U-17 komandası ilə qarşılaşan yığmamız 5:1 hesabı ilə qələbə qazanıb. U-16-nın qollarını Fərid Nəbiyev (2 qol), Elçin Əsədov, Elvin İmanlı və Bahadur Həziyev vurub.
