Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Bernard Lippertin başçılıq etdiyi milli komandamız qrup autsayderi İslandiya ilə üz-üzə gəlib.
Hesabı meydan sahibləri açsa da yığmamız sona 15 dəqiqə qalmış iki qol vuraraq xalını 7-yə çatdırıb.
Qedy edək ki, matçın 26-cı dəqiqəsində millimizin futbolçusu Mirhüseyn Seyidov penaltidən yararlana bilmir.
5 iyun
00:15. İSLANDİYA – AZƏRBAYCAN 1:2
QOLLAR: Siqurdarson 20, Araz Abdullayev 77, Cavid İmamverdiyev 90+1
Baş hakim: Petur Reynert (Farer adaları)
Reykyavik. “Valyur” stadionu
