Millimizin baş məşqçisi Robert Prosineçki Antalyada baş tutacaq təlim-məşq toplanışı üçün komandanın heyətini açıqlayıb.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, siyahıda Anton Krivotçukun adı daha çox diqqət çəkib. Hazırda klubsuz olan bu futbolçunun kimliyi maraq doğurub.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-a açıqlamasında əslən ukraynalı oyunçunun Azərbaycan futboluna tanış sima olduğunu deyib: “Anton Krivotçukun Azərbaycan pasportu var. O, bir neçə il öncə 17 yaşadək futbolçulardan ibarət milli komandamızda çıxış edib”.
Qeyd edək ki, hazırda klubsuz olan futbolçu müdafiəçidir.
