“Avro-2016″nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə Almaniyanın “Ayntraxt” klubundan Emil Balayev milliyə çağırılıb.
Qeyd edək ki, Azərbayan – Malta oyunu martın 28-i, saat 21:00-da başlayacaq.
