Millimiz “Zirə”ni məğlub etdi
20.08.2018 , 11:14

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində “Zirə”nin U-19 komandası ilə qarşılaşıb.
Görüş 4:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Musa Qurbanlının dubl etdiyi oyunda digər qolları Nemət Şıxəmirov və Samir Abdullayev vurub.
