17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, millimiz Yunanıstanda təlim-məşq toplanışında ilk matçına çıxıb.
Millimiz "Xalkida" komandası ilə qarşılaşıb. Nikolay Adamın yetirmələri 3:1 hesabı ilə qələbə qazanıb. Yunanıstan təmsilçisinin qapısından topları Vüqar Əlibabayev, Renat Ağaverdiyev və Mahir Mədətov keçirib.