Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb. Korner.az-ın məlumatına görə, bu qarşılaşmalardan sonra siyahıda cüzi dəyişikliklər qeydə alınıb.
Lakin bu dəyişikliklər Azərbaycanın mövqeyinə təsir etməyib. Ölkəmizin mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ”ın evdə Almaniya “Ayntraxr”ına 0:2 hesabı ilə uduzması ölkəmizin xal hesabını dəyişməyib. Cari mövsüm topladığımız xalların ümumi sayı 2,500-də qalıb. Bunun – 1,375-i 5 qələbə və 1 heç-heçəsi olan, ilk məğlubiyyətini frankfurtlulardan alan “Qarabağ”ındır. “İnter” 0,625, “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,125 xal qazanıb.
Son 5 mövsümdə klublarımızın qazanılanların cəmində isə Azərbaycanın hesabımızda 10,375 xal var ki, bu da futbol tariximizin ən yüksək göstəricisidir. 30-cu pillədəki mövqeyini qoruyan ölkəmiz Slovakiyanı çətin ki, bu mövsüm keçə bilsin. Ən yaxın izləyicilərimizin də bizi tezliklə mövqeyimizdən edəcəyi inandırıcı deyil. Gürcüstanın hər 2 təmsilçisinin bu dəfə uduzması yarım xallıq fərqin qalmasına imkan verdi.
