Planetin futzal yığmalarının reytinq-siyahısı elan edilib.
Korner.az xəbər verir ki, Azərbaycanın futzal yığması 2011-ci ilin dekabr ayına nəzərən 15-ci yeri saxlayıb. Yığmamızın aktivində 1323 xal var. Postsovet məkanında Azərbaycan Rusiya və Ukraynadan sonra 3-cü, Avropada isə 9-cu yeri tutur.
Dünya retinqinin ilk üçlüyünə İspaniya (2006), Braziliya (1932) və İtaliya (1764) daxildir.
