Avro-2016-nın seçmə mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi bəlli olub.
Korner.az xəbər verir ki, millimiz bu il Braziliyada təşkil olunmuş dünya çempionatının iştirakçılarından olan Rusiya yığması ilə qarşılaşacaq. Rusiya – Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.
