Voleybol

Millimiz yenə uduzdu

02.10.2014 , 17:07

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir. 

Korner.az-ın məlumatına görə, bu gün II mərhələnin II turunun oyunları keçirilir.

Millimizin bu dəfəki rəqibi Dominikan Respublikası olub. İlk setdə 25:23 hesabı ilə qalib gələn komandamız üstünlüyü qoruya bilməyib. Növbəti 3 setdə yenilən (25:11, 25:21, 25:17) yığmamız 1:3 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, ikinci qrup mərhələsində yığmaların ilk mərhələdə “4-lük” komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır. Hazırda komandamızın aktivində 2 xal var. Bu xallar Yaponiya üzərindəki 3:2 hesablı qələbəyə görə verilib. 

II qrup mərhələsi
E qrupu, II tur

2 oktyabr
Dominikan Respublikası – Azərbaycan 3:1 (23:25, 25:11, 25:21, 25:17)

Son yazılar

Yuxarı