Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq
toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu
keçirib.
Korner.az AFFA-a istinadən verdiyi məlumata görə, Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 22-də
keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı – 4:1.
