Millimiz yenə bacarmadı
13.06.2019 , 16:06

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz sözügedən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.
