Milli komandamızın yoldaşlıq görüşündə növbəti rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, mayın 23-də, Şizuoka şəhərindəki «Ekopa» stadionunda Yaponiya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat (gediş-gəliş) xərcləri Yaponiya Futbol Assosiasiyası tərəfindən ödəniləcək.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Yaponiya yığması bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıb.