19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün üçüncü matçına çıxıb.
Korner.az-ın məlumatına görə, millimiz bu dəfə Xorvatiya yığması ilə qarşılaşıb.
Oyunda hesabı açan millimiz sonda böyükhesablı məğlubiyyətdən qaça bilməyib – 1:7.
Qeyd edək ki, ilk görüşündə İslandiyaya 1:2 hesabı ilə uduzan millimiz, ardından Gürcüstanla 1:1 bərabərə qalmışdı.
