Millimiz üzərində qələbəyə görə 50 min avro mükafat
11.11.2019 , 16:57

Slovakiya Futbol Assosiasiyası AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün mükafat qoyub.
Assosiasiyanın prezidenti Yan Kovaçik Xorvatiyaya qalib gələcəkləri təqdirdə, futbolçulara 200 min avro mükafat veriləcəyini deyib.
Pavel Hapalın kollektivi Azərbaycana qalib gəlsə, daha 50 min avro mükafat qazanacaq.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
