Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.
Korner.az-ın məlumatına görə, Təbriz Həsənovun başçılıq etdiyi millimiz ukraynalı həmyaşıdlıları ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 16:00-da başlayacaq. Martın 3-də bu komandalar yenidən eyni saatda üz-üzə gələcək.
1 mart
Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) – Ukrayna (U-17) – 0:1 (Fasilə)
Qol: Denis Yanakov, 22 (0:1)
Bakı Olimpiya Stadionu
