Kiyev şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası Ukrayna yığması ilə qarşılaşıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun 5:4 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.
Millimizin heyətində Əbdül Əliyev, Asif Zeynalov, Comərd Baxşəliyev və Vitali Borisov fərqlənib.
