Millimiz Uelslə qarşılaşacaq
08.01.2020 , 11:57

Azərbaycan millisinin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.
Bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, milli komanda Latviya ilə qarşılaşacaq. Əlavə edib ki, Uelslə oyun da planlaşdırılır: “Yığmamız martın sonunda əvvəlcə Malta, daha sonra isə Latviya ilə qarşılaşacaq. May ayında isə Türkiyə millisi ilə oyun olacaq. Uels millisi ilə yoxlama matçı da planlaşdırılır”.
