Azərbaycan milli omandasının və "Neftçi" klubunun aparıcı futbolçularından biri Mahir Şükürov yığmanın Şimali İrlandiya ilə oyununu buraxa bilər.
Korner.az-ın məlumatına görə, Şükürov bunu "Rubin"lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Belə ki, topuq nahiyəsindən zədə alan və ayağında ağrılar hiss edən Mahirin durumuna həkim müayinəsindən sonra aydınlıq gətiriləcək.
