17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın Tallinn şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız avqustun 14-də Estoniya, avqustun 17-də isə Finlandiya komandası ilə qarşılaşacaq. Estoniya – Azərbaycan oyunu yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00), Azərbaycan – Finlandiya qarşılaşması isə yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 16:30) başlayacaq.
