19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub
12 qrupun oyunları başa çatdıqdan sonra elit-raundun bütün iştirakçıları müəyyənləşib.
Azərbaycan yığmasının da vəsiqə qazandığı bu mərhələdə 28 komanda çıxış edəcək. Noyabrın 24-də keçiriləcək püşkatmanın səbətləri açıqlanmadığından hələlik 27 yığmanın hamısı millimizin potensial rəqibi sayılır.
Bunlar Avstriya, Belçika, Çexiya, Danimarka, İngiltərə, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İslandiya, İtaliya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İrlandiya, Rusiya, Slovakiya, Sloveniya, Serbiya, İsveç, Türkiyə, İspaniya, Yunanıstan, İsrail, Şotlandiya və Uels milliləridi.
Qeyd edək ki, elit-raundda 28 komanda hərəsində 4 yığmanın yer aldığı 7 qrupa bölünəcək.
