Millimiz turniri 7-ci pillədə başa vurdu
30.08.2019 , 17:25

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirində son oyununu keçirib.
Korner.az xəbər verir ki, milli komandamız 7-ci yer uğrunda görüşdə litvalı həmyaşıdları ilə qarşılaşıb.
Millimiz oyunda 3:1 hesablı qələbə qazanıb. Yığmanın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib. Yığma komanda turniri 7-ci pillədə başa vurub.
