Qırğızıstanda təşkil olunmuş “Dostluq kuboku” turnirində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 5:3 hesabı ilə qələbə qazanıb. Fərid Əsədlinin het-trik etdiyi oyunda Pilağa Mehdiyev və Adəm Əsgərov hərəyə 1 dəfə fərqlənib.
