FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirin oyunları davam edir.
Korner.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan turnirin ilk qarşılaşmasında yığmamız Latviyanın U-19 komandası ilə üz-üzə gələcək.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
4 yanvar
15:15. Azərbaycan – Latviya – 1:1
Qollar: Pilağa Mehdiyev, 41 (1:0), Roberts Uldrikis, 44-pen (1:1)
