İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir.
Korner.az-ın məlumatına görə, bu gün II qrup mərhələsinin IV turunun oyunları baş tutacaq.
Aktivində 5 xal olan və 8 komanda arasında turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan milli komandamız qrupda son matçına çıxacaq. Ötən gün Xorvatiyaya 1:3 (25:23, 23:25, 13:25, 23:25) hesabı ilə qalib gəlib, sonuncu yerdən canını qurtaran Aleksandr Çervyakovun yetirmələri bu dəfə Almaniya yığmasını sınağa çəkəcək.
Bu görüşdə voleybolçularımız mütləq qələbə qazanmalıdır ki, yekun matçda mövqeyini yaxşılaşdırsınlar.
5 oktyabr
IV tur
Almaniya – Azərbaycan – 3:0 (25:15; 25:23; 25:19)
Trieste. "PalaTrieste" salonu.
