Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün 2-ci yoldaşlıq oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri yenidən Sloveniyanın U-21 komandası ilə qarşılaşıblar.
Milli komandamız sloveniyalı həmyaşıdları ilə ilk qarşılaşmadakı məğlubiyyətin (1:4) əvəzini çıxa bilib. “Qarabağ”ın hücumçusu Mahir Mədətovun dublu sayəsində 2:1 hesablı qələbə qazanan yığma komandamız revanş almağı bacarıb.
Yoxlama oyunu
31 may
Sloveniya (U-21) – Azərbaycan (U-21) – 1:2
Qollar: L. Stulaç, 23 – Mahir Mədətov, 11; 45
