Azərbaycan millisi qrup birinciliyini təmin etdi
08.04.2021 , 21:25

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Slovakiya ilə qarşılaşıb. Levice şəhərindəki Levice İdman zalında keçirilən görüş 1:1 hesabı ilə bitib.
Bununla da xallarını 13-ə çatdıran milli komadanmız qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.
Futzal, AÇ-2022, seçmə mərhələ, 3-cü qrup
8 aprel
18:00 Slovakiya – Azərbaycan – 1:1
Hakimlər: Kirill Nayşuller, Arttu Kyunyaryaynen, Martin Matula (Slovakiya)
