Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olacaq.
İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda da davam etdirməyə çalışacaq.
Yığmamız matça ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Rəşad Sadıqov zədə səbəbindən çətin səfərdə meydana çıxa bilməyəcək.
DÇ-2018, seçmə mərhələ
C qrupu
IV tur
23:45. Şimali İrlandiya – Azərbaycan – 4:0
Baş hakim: Klement Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. “Vindzor Park” stadionu
