Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Korner.az-ın məlumatına görə, Vəli Qasımovun yetirmələri Serbiyanın “Sak Stella Rossa” komandası ilə qarşılaşıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Elşən Abdullayev dubl edib. 1 qolun müəllifi isə Coşqun Diniyev olub.
