Millimiz Serbiyaya uduzdu
30.03.2021 , 22:12

Bu gün DÇ-2022-nin seçmə mərhələsində 3-cü turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi millimiz qrup lideri Serbiyanı qəbul edib.
Bakı Olimpiya Stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
İlk turda səfərdə Portuqaliyaya uduzan (0:1) komanda 2 matçdan sonra qrup sonuncusudu.
30 mart
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
20:00. Azərbaycan – Serbiya – 1:2
Qollar: Emin Mahmudov, 60 (pen.) – Aleksandr Mitroviç, 16, 81
Hakimlər: Roy Reynşreyber, David Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.
