Millimiz serbiyalı məşqçiyə tapşırıldı
09.01.2019 , 10:52

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Yığmamız serbiyalı Milan Obradoviçə tapşırılacaq. 41 yaşlı çalışdırıcı AFFA-ilə danışıqları yekunlaşdırmaq üçün yaxın günlərdə Bakıya gələcək. Onun təyinatının yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Obradoviç Serbiya millisinin baş məşqçisi Mladen Krstaiçin köməkçisidir. (futbol11.az)
