Türkiyədə təlim-məşq toplanışı keçirən milli komandamızın sabah "Şaxtyor"a qarşı keçirəcəyi oyundakı ilk 11-liyi bəlli olub.
Korner.az-ın məlumatına görə, bu barədə Robert Prosineçki bu gün keçirilmiş mətbuat konfransında danışıb.
Xorvat çalışdırıcının nəzərdə tutduğu 11-lik belədir: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran ismayılov, Məhəmməd Qurbanov
