FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq komandası ilə qarşılaşacaq.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.
