Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın «Keystone» komandası ilə qarşılaşan millimiz 4:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Elvin Quliyev, Zeynal Zeynalov, Orxan Məmmədov və Comərd Baxşəliyev fərqlənib.
