Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirib.
Korner.az-ın məlumatına görə, yığmamız Rusiyanın "Rubin" klubunun əvəzedici heyəti ilə oyunu 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində qolları yarımmüdafiəçilər Rizvan Umarovla Abdulla Abasiyev vurub.