Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan millisi ötən siyahı ilə müqayisədə mövqeyini qoruyub.
Belə ki, Faustino Peresin yetirmələri dünyanın 14-cü komandasıdı. Yığmamızın hesabında 1354 xal var.
Millimiz 12-ci olan Sloveniyadan 6 xal geri qalır. Komandamız ən yaxın izləyicisi Xorvatiyanı isə 14 xal qabaqlayır. Peresin yetirmələri Avropa yığmaları arasında 8-cidi.
