16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə son oyununu keçirib.
Korner.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Portu region yığması ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamıza 1 xal qazandıran qolu Fərid Nəbiyev vurub. İlk görüşdə Portuqaliyaya 0:5, daha sonra Rusiyaya 0:1 hesabı ilə uduzan millimiz qrupda sonuncu olub.
Qeyd edək ki, Rusiyanı 2:1 hesabı ilə məğlub edən Portuqaliya yığması turnirin qalibi adını qazanıb.
