17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Almata şəhərində təşkil olunan “Prezident Kuboku”nda çıxışını başa vurub. Korner.az-ın məlumatına görə, Təbriz Həsəovun yetirmələri qrup ikincisi kimi üçüncü yer uğurunda sonuncu matçına çıxıb.
Qazaxıstanla üz-üzə gələn millimiz bu matçdan məğlub ayrılıb Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşaqn qarşılaşmada qalibi penaltilər müəyyənləşdirib.
Bu zaman daha dəqiq olan Qazaxıstan 5:4 (ümumi hesab 6:5) hesabı ilə qalib gələrək, üçüncü yeri tutub. Millmiz isə yarışı dördüncü yerdə başa vurub.