Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə Azərbaycan yığması bu gün Qazaxıstan millisi ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın yeganə qolunu Rəcəb Fərəczadə vurub.
Komandamız beynəlxalq turnirdə ikinci oyununu sabah keçiriəcək. Bakı vaxtı ilə saat 15:30-da start götürəcək oyunda millimizin rəqibi Belarus futzalçıları olacaq.
