İspaniyanın San-Sebastyan şəhərində təşkil edilən “Donosti Cup” turnirində çıxış edən 19 yaşadək qadınıardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Amara Berri” komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qalib gəlib.\
Komandamızın qollarını Yaiza Relea, Melis Sarıaltın və Nigar Cəlili vurub. Daha bir top avtoqol nəticəsində qeydə alınıb.
