Slovakiyanın Preşov şəhərində təşkil olunmuş 16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında beynəlxalq futzal turnirində Azərbaycan yığması növbəti qələbəsini qazanıb. Korner.az-ın məlumata görə, Polşa-1 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, komandamız əvvəlki oyunlarda Slovakiya yığmasını 3:0, Polşa-2 komandasını 3:2, Çexiya yığmasını isə 4:0 hesabı ilə məğlub edib.
