17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, yığmamız Monteneqro komandası ilə qarşılaşıb.
Oyunu 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.
