17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Gürsütan yığması ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Şahban Cəbrayılov və Roman Hüseynov vurub.