Azərbaycanın gənclərdən ibarət yığması (U-17) Avropa Çempionatı-2013-ün seçim turu çərçivəsində ikinci oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Təbriz Həsənovun yetirmələri Polşaya 0:1 hesabı ilə məğlub olublar.
Oyunda yeganə qolu 41-ci dəqiqədə Stolyarski vurub.
Qeyd edək ki, yığmamız 1-ci turda İspaniyaya 0:2 hesabı ilə məğlub olmuşdu.
Turnir vəziyyəti:
1. Polşa – 6 xal, top fərqi – 3-1 (2 oyun)
2. İspaniya – 3, 2-0 (1)
3. Bolqarıstan – 0, 1-2, (1)
4. Azərbaycan – 0, 0-3 (2)