Daşkənd şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futzal üzrə Azərbaycan milli komandası bu gün Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib. Korner.az-ın məlumatına görə, Vitali Broisov və Əsgər Abbasovun vurduğu qollar sayəsində qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
