Bu gün Bakı Olimpiya Stadionunda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamız belaruslu həmyaşıdları ilə qarşılaşacaq.
Saat 19:00-da başlayacaq görüşü Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Nail Nağıyevdən ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar iki gün əvvəl yoldaşlıq oyununda üz-üzə gəlib. Həmin matçda millimiz 1:4 hesabı ilə uduzub.
10 iyun
Yoxlama oyunu
19:00. Azərbaycan – U-19 – Belarus – U-19
